"Survivor" iştirakçılarından sevgili olma xəbərinə münasibət

"Survivor" iştirakçılarından sevgili olma xəbərinə münasibət
6807 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor 2016"da yarışan və sevgili olduqları deyilən Atakan Arslan və Ezgi Avcı ticarət mərkəzlərindən birində qucaqlaşarkən görünmüşdülər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna rəğmən ikili yenə də sevgili olduqlarını təkzib ediblər. E.Avcı bu barədə yazıb:

"Son çıxan xəbərə baxıram ki, artıq kiminlə danışıb danışmayacağımı əvvəlcədən xəbər verməliyəm, deyəsən. Mən dostumla istədiyim yerə gedə bilərəm. Həm də insanların çox olduğu bir yerdəyik. Bu mövzunun bu səhv xəbərlə bitməsini istəyirəm".

Atakan da Ezginin yazdıqlarına qatıldığını qeyd edib.