Kıvançla Tubanın serialının ssenarisi 7 dəfə dəyişdi

Kıvançla Tubanın serialının ssenarisi 7 dəfə dəyişdi
3406 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda həyat yoldaşı Başak Dizerlə tətildə olan aktyor Kıvanç Tatlıtuğun yeni serialıyla bağlı bəzi məqamlar açıqlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın ssenarisini Eylem Canpolat və Sema Ergenekon qələmə alacaq.

Lakin Kıvançın istəyi ilə ssenari 7 dəfə yenidən yazılıb. Hər dəfə hansısa məqamı bəyənməyən aktyor ekran işinin mükəmməl alınmasını istədiyini deyib.

Qeyd edək ki, Kıvanç "Siyah Beyaz" adlanacaq serialda Tuba Büyüküstünlə tərəf müqabili olacaq.