Aktrisa balkona çıxıb qışqırdı: "Məni öldürmək istəyir..."

Aktrisa balkona çıxıb qışqırdı: "Məni öldürmək istəyir..."
3242 dəfə oxunub
  • A-
  • A
  • A+

Skandalları ilə gündəmdən düşməyən aktrisa Lindsi Lohan yenə də çətin günlər keçirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bir müddətdir birlikdə olduğu milyonçu rus sevgilisi Eqor Tarabasovun onu öldürmək istədiyini iddia edib. 30 yaşlı aktrisa Londondakı evinin balkonuna çıxaraq qışqırıb:

"Xahiş edirəm, kömək edin. Mənə hücum etdi. Az qala öldürəcəkdi. Hər kəs eşitsin. Evimdən rədd ol. Sən manyaksan. SƏn xəstəsən. Köməyə ehtiyacın var. Səni artıq sevmirəm. Bura mənim evimdir, rədd ol. Bir qadını davamlı döyə bilməzsən. Hər kəs məni döydüyünü gördü. Rədd ol".

"The Sun" qəzeti xəbəri verir ki, qonşular polisi çağıraraq hadisəni də videoya çəkiblər. Polis gəlib qapını sındıraraq içəri girib, lakin evdə heç kim olmayıb.

Hadisədən bir gün əvvəl isə aktrisa sevgilisinin ona xəyanət etdiyini bildirən paylaşımlar edib. Lindsi Eqorun onu bir rus qadını ilə aldatdığını qeyd edib. Onun söyüş söydüyü qadın isə elə aktrisanın rəfiqəsi dizayner Daşa Paşevkina olub. L.Lohan onların barda birgə fotolarını paylaşıb, daha sonra isə Daşanın əlaqə nömrələrini və ünvanını izləyiciləri ilə bölüşüb.