Natavan ev almaq istəyir - Bu dəfə Rusiyada

Natavan ev almaq istəyir -  Bu dəfə Rusiyada
3801 dəfə oxunub
  • A-
  • A
  • A+
“Səhərimi saytları oxumaqla açıram. Daha sonra isə İnsatqrama girirəm. Mənə yazılan şərhləri oxuyuram”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Natavan Həbibi deyib.

İfaçı alış-veriş sevgisindən bəhs edib:

“Pulum ən çox geyimə gedir, çanta və ayaqqabı alıram, özü də bahalı olur. Ucuz və saxta ayaqqabını heç vaxt geyinə bilmərəm.Geyim daha rahatdır. Çalışdığımız mağazalar var, hədiyyələr göndərirlər".

Türkiyədə özünə ev alan sənətçi bu dəfə Rusiyada mənzi almağı planlaşdırdığını deyib:

“Sanatoriya olan yerlərdə çox oluram. Burada həm dincəlirəm, həm də orada işim var. Yesuntikidə, Kislovodskidə tez-tez oluram. Nə vaxtsa, imkan olduğu halda ev almağı düşünəcəm. İstəyirəm evim olsun, gedəndə orada qalım”.

Foto: Ramin ASLANOV