Bir aydır xəstəxanada olan müğənnidən şad xəbər

Bir aydır xəstəxanada olan müğənnidən şad xəbər
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Prostat xərçənginə görə bir müddətdir ki, müalicə alan və 22 iyunda təcili əməliyyat olunan müğənni Harun Kolçak bir ay sonra reanimasiyadan çıxarılıb.

Axşam.az-ıın Türkiyə mətbuatına istinadən məlumatına görə, xəstəxananın həkimi müğənninin səhhəti haqda açıqlama verib:

"...Harun Koçakın sağlamlığı qaydasındadır və yaxşılaşmağa doğru gedir. Bu gün reanimasiyadan palataya köçürülən Harun bəyin müalicəsi normal şəkildə davam etdiriləcək".

Qeyd edək ki, H.Kolçak Türkiyədə 90-cı illərin məşhur pop ifaçılarından sayılır.