Çağatay Ulusoyun serialına daha bir məşhur qatıldı - foto

Çağatay Ulusoyun serialına daha bir məşhur qatıldı - foto
10260 dəfə oxunub
  • A-
  • A
  • A+

Çağatay Ulusoyun baş rolda oynayacağı "İçeride" serialının aktyor heyəti formalaşır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Leonardo DiKaprionun "The Departed" ("Dönüklər") filminin ssenarisi əsasında çəkiləcək ekran işinin rejissoru Uluç Bayraktar, ssenari müəllifləri Ertan Kurtalan və Toprak Karaoğludur.
 
39 seriya davam etməsi planlaşdırılan serialda Ulusoyun qardaşı "Mete" obrazını Aras Bulut İynemli canlandıracaq. Ç,Ulusoyun qadın tərəf müqabili isə Bensu Soral olacaq. 

Bu günlərdə isə aktyor Rıza Kocaoğlunun heyətə qatıldığı açıqlanıb.

Qeyd edək ki, serialı "Ay Yapım" şirkəti çəkir və prodüseri Kerem Çataydır.