Qalmaqallı cütlük gizlicə evlənib? - foto

Qalmaqallı cütlük gizlicə evlənib? - foto
4417 dəfə oxunub
  • A-
  • A
  • A+
Münasibətləri haqqında detalların gizli qalmasını sevən Müğənni Mayli Sayrus (Miley Cyrus) və aktyor sevgilisi Liam Hemsvortun (Liam Hemsworth) evləndiyi iddia edilir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə nişan mərasimlərini də gizli şəkildə edən cütülüyün toyunun da mətbuatdan gizli şəkildə keçirildiyi bildirilir.

Bu iddiaların ortaya çıxmasına səbəb isə, Sayrusun dostları ilə hovuz kənarında çəkdirdiyi fotosundakı üzüyüdür. Nikah üzüyünə oxşatdığı fanatları, Sayrusdan açıqlama gözləyir.

Qeyd edək ki, Sayrus və Hemsvort nişanlandıqdan sonra ayrılmışdılar. Lakin, sonradan barışan cütlük hazırda mehriban olduqlarını deyirlər.