Rafetin həyat yoldaşından xəyanət açıqlaması

Rafetin həyat yoldaşından xəyanət açıqlaması
5006 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rafet El Romanın özündən 20 il kiçik həyat yoldaşı Cerenlə boşanması ilə bağlı söz-söhbət bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni həyat yoldaşını boşanmaq üçün məhkəməyə verdiyini söyləmişdi. Onlar arasında nikah müqaviləsi olmadığı üçün aralarında təzminat iddiasının da olmaması gözlənilirdi. Lakin bir neçə gün əvvəl Cerenin Rafetdən 500 min lirə tələb etdiyi haqda şayiələr yayılmışdı.

Bununla bağlı açıqlama yayan Ceren El Roman "Heç kim kimdənsə maddi bir tələb etməyib" deyib. Almaniyada evlənən cütlük qanuna görə evləndikdən sonra qazandıqları hər şey yarıya bölünəcək. O, eyni zamanda 59 yaşlı aparıcı Mehmet Eli Erbillə sevgi yaşadığını də təkzib edib.