"Təklifləri qəbul etmirəm" - Könül+fotolar

"Təklifləri qəbul etmirəm" -  Könül+fotolar
8088 dəfə oxunub
  • A-
  • A
  • A+
“Gördüm ki, insanlar mənim layihəmi unutmayıb. Mən də ona görə davam etdirmək istədim. Bu özünü doğrultmuş, analoqu olmayan verilişdir”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Könül Arifqızı deyib.

O, uzun fasilədən sonra yenidən İTV-də yayıma başlayan “Bir mahnının tarixçəsi” verilişindən danışıb:

“Bu cür araşdırma tələb edən işlər ağırdır. Xaricdə bir verilişin redaktorları, müxbirləri, montajçıları, aparıcını geyindirən stilistləri olur. Bizdə isə hər şey bir insanın üzərinə düşür. Bunu reallaşdırmaq mənə çətindir. Yaradıcı düşüncəli rejissorlarımız çatışmır. Mən həmişə bu çatışmazlığı hiss etmişəm”.

K.Arifqızı bildirib ki, reytinq arxasınca qaçmır:

“Layihəni sentyabrdan sonra da davam etdirmək istəyirəm. Məndən reytinq tələb olunmur. Çünki gözəl bilirlər reytinq olmayacaq. Bizim kütlə hara baxır, hamı görür. Mən reytinq arxasınca qaçsam, olacam o birilər kimi... Amma mənim öz tamaşaçım var. Elə adamlardan xoş sözlər eşidirəm ki, deyirəm, elə bu bəsimdir”.

Aparıcı televiziyadakı qeyri-peşəkarlıqdan şikayətlənib:

“Aparıcılıq müvəqqəti peşədir. Müəyyən yaşdan sonra başqa pilləyə qalxmalısan. Sənin yerinə daha gözəl, gənc aparıcılar gəlməlidir.

Bizim efirimizdə peşəkarlıq çatışmır. Hansısa bir müzakirəni edəndə, o mövzunu dərindən bilərək danışmırlar. Əyləncəli verilişin aparıcıları deyir, “Onsuz da əyləncədir də”. Əyləncənin içində də intellektual səviyyə olmalıdır. Gərək xarici kanallarda əyləncəli verilişlərə baxıb, oradan götürsünlər.

Bəzi layihələr var ki, xaricdən götürülür, onun saxta forması tamaşaçını diksindirir, gülünc doğurur.
“Zəif bənd”, “Milyonçu” kimi verilişlər lisenziyalı formada alındı və yaxşı da oldu.

Azərbaycan televiziyası hələ görmək istədiyimiz səviyyədə deyil. Bir vaxtlar televiziya çox aktual idi. Amma düşünürəm ki, getdikcə internet daha çox aktuallaşacaq, insanlar məlumatı ancaq internet vasitəsiylə alacaq və telekanallar aktuallığını itirəcək”.

K.Arifqızı başqa telekanallardan təkliflər alsa da, qəbul etməməyinin səbəbini açıqlayıb:

“Burada öz rahatlığımı tapmışam. Gedib başqa yerdə onu tapmayacağımı bilirəm. Ona görə də təklifləri qəbul etmirəm".

Foto: Ramin ASLANOV