"iPhone 7"nin satışa çıxacağı tarix bilindi - fotolar

"iPhone 7"nin satışa çıxacağı tarix bilindi - fotolar
5466 dəfə oxunub
  • A-
  • A
  • A+

"Apple" "iPhone 7"nin satışa çıxarılacağı tarixi açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni telefonu sentyabrın 13-də görə biləcəyik. "iPhone 7"nin əsas özəlliklərindən biri onun qulaqlıq yerinin olmamasıdır. Bunun əvəzinə "Bluetooth" texnologiyası işlənəcək.
 
Naqilsiz enerji yığma (adaptrsız) xüsusiyyətinin də məhz "iPhone 7"də üzə çıxacağı gözlənilir. Ən maraqlı yeniliklərdən biri isə "iPhone 7 Plus" modelində yanaşı iki kameranın olmasıdır.

Dizaynında fərqli cəhətlərinin olacağı deyilən "ağıllı telefon"nun ilkin qiymətinin 1500-1700 manat civarında olması gözlənilir.

"iPhone 7"nin Azərbaycanda nə zaman satışa çıxarılacağı isə hələ bəlli deyil.