"Sıla"nın qəhrəmanı fanatlarını kədərləndirdi - fotolar

"Sıla"nın qəhrəmanı fanatlarını kədərləndirdi - fotolar
8961 dəfə oxunub
  • A-
  • A
  • A+

Cansu Dere ilə baş rolları canlandırdığı "Sıla" serialıyla (2006-2008) məşhurlaşan Mehmet Akif Alakurtun aktyorluqdan uzaqlaşdığı məlum olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Braziliyada bir ferma alaraq orada yaşamağa başlayıb. Həyatında yeni səhifə açan Alakurt bununla bağlı açıqlamalar verib:

"Mənə iş haqda suallar verməyin. Başqa nə istəsəniz, soruşa bilərsiniz. Canlandırdığım obrazlar mənim üçün yalnız ekranlarda qaldı".

Aktyor Kuzey Vargının qızı Tuğçe Vargın ilə münasibətini gözlənilməz bir qərarla bitirən M.A.Alakurt son olaraq "Fatih" serialıyla tamaşaçı qarşısına çıxıb. O, bundan sonra bir də ekranlarda görünməyəcəyini açıqlayıb.