Məşhur aktrisa İstanbulu tərk etdi

Məşhur aktrisa İstanbulu tərk etdi
6060 dəfə oxunub
  • A-
  • A
  • A+
Sevgilisi Serdar Oraldan ikinci dəfə hamilə qalan aktrisa Özgü Namal şəhər həyatından uzaqlaşmaq üçün İstanbulu tərk edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 4 ay yarımlıq hamilə olan Ö.Namal bir il əvvəl 400 min lirəyə (200 min manat) aldığı kənd evinə köçüb. Aktrisa yaşyarımlıq oğlu Nefesi təbii mühitdə böyüdür.

Bir müddətdir gözlərdən uzaq yaşamağı seçən Namal hamiləlik müddətini də kənddə, təmiz havada keçirməyi daha üstün tutub. Körpəsinin cinsiyyətini öyrənməyən Özgü yalnız təbii qidalar qəbul edir. Birinci uşağını hipnoz üsulu ilə dünyaya gətirən aktrisa ikinci dəfə də eyni şəkildə ana olacaq.