Natavanın "gey stilistlər" açıqlamasına reaksiya

Natavanın "gey stilistlər" açıqlamasına  reaksiya
4512 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibinin bəzi həmkarları haqqında dediyi “Geylərin məsləhəti ilə geyinirlər, “çuşkadırlar” sözlərinə cavab gəlib.

Axşam.az-a açıqlama verən əməkdar artist Elza Seyidcahan ifaçının bu sözlərini tənqid edib.

O, hər bir müğənninin stilistlə çalışmasının mütləq olduğunu söyləyib:

“Mən ginekoloq, androloq və ya USM-də çalışmıram ki, camaatın cinsiyyəti ilə maraqlanım. Kim-kimdir özü o dünyada cavab verəcək.

Qaldı ki, stilistlərə... Elza Seyidcahan sənətə ilk qədəmlərini qoymazdan əvvəl, hələ məktəb illərindən ekstravaqant tərzi ilə seçilib. Dünya şöhrətli futbolçular Elzanın ayaqqabı tərzini oğurlayıb.

Mənim çalışdığım zövqlü stilistlərim var: Anar Ağakişiyev, Leyla Əhmədova, Pərviz Mirzəyev və başqaları. Yaxşı stilistlə çalışmaq müğənninin rahatçılığıdır, "çuşkalıq" yox. Zövq müxtəlifliyi bizə lazımdır".

Qeyd edək ki, N.Həbibi bəzi müğənnilərin cinsi azlığın nümayəndələri olan stilistlərlə çalışdığını söyləyərək, onları tənqid etmişdi:

“Onların zövqünə inanıb, onlarla hərəkət edib və "böyük-böyük" danışmaq, görməmişliyin əlamətidir. Öz zövqü ilə yox, ətrafındakı geylərin məsləhəti ilə geyinənlər... Dünən dağdan düşüb, bu gün nəsə görüb brenddən danışırsa, bu, onun görməmişliyidir. "Çuşkalığı" üzərinə götürüb, görməmişliyini sübut edir”.