Əməkdar artist festivala gedir

Əməkdar artist festivala gedir
1213 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dinara Əliyeva İtaliyada Cüzeppe Verdi Festivalında iştirak edəcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, D.Əliyeva oktyabrın 21, 23, 27 və 30-da Cüzeppe Verdinin “Trubadur” operasında Leonora obrazını canlandıracaq.

Oktyabrın 1-dən 30-dək keçiriləcək Cüzeppe Verdi Festivalının əksər tədbirləri Parma Regio Teatrında olacaq. Həmçinin Bussetoda Cüzeppa Verdi və Parmada Farneze teatrlarında festival tamaşaları nümayiş etdiriləcək.