"İnsanlar kredit ödəyir, toya müğənni çağıra bilmir" - xalq artisti

"İnsanlar kredit ödəyir, toya müğənni çağıra bilmir" -  xalq artisti
1272 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Səməd Səmədov toy məclislərinin azlığı barədə danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində bəzi məqamlara toxunub:

“İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Mən toya baha getmirəm. Millətin vəziyyətinə baxıb, onla ayaqlaşıram. Müştəriyə 4 min qiymət deyirəm. Deyirlər, 2-3 minə imkanımız var. Mən də razılaşıram. Evdə oturmaqla nə olacaq? Mənə pul qalmasa da, işçilər evinə çörək apara bilir”.

S.Səmədov ənənəsinə sadiq qalaraq, bu il də Türkiyədə dincələcəyini deyib:

“Hər il mütləq Türkiyəyə gedirik. İstanbulda, Bodrumda dincələcəyik. Son illər Gürcüstanda da istirahət yaxşı olur. Ora da getməyi düşünürük. Gəlinim Balakəndən, kürəkənim isə Zaqataladandır. Bu bölgələrə də gedəcəyəm”.