Fotoları ilə insanları bezdirən qız: "Niyə utanım?"

Fotoları ilə insanları bezdirən qız: "Niyə utanım?"
11136 dəfə oxunub
  • A-
  • A
  • A+
Son bir neçə aydır güzgüdə özünü çəkərək paylaşdığı fotolarla məşhurlaşan Olya Abramoviç artıq insanları hövsələdən çıxarır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, modellik etməyə başlayan Olyanın izləyiciləri onun fotolarının ifrat dərəcədə çox və mənasız olduğunu deyiblər.

Gənc qız onu tənqid edənlərə sərt şəkildə cavab verib:

"Sizi narahat edirəmsə, dostluq siyahınızdan çıxarın, izləməyin. Bədənimizlə qürur duymalıyıq. Sizə daha öncə görmədiyiniz bir şey göstərirəmsə, bu, utanılası bir şey deyil. Niyə utanım?. Bu, sənət azadlığıdır".

Bu reaksiyası ilə qızın izləyicilərinin sayı bir az da artıb. Amma Olyanı daha çox diqqət mərkəzində saxlayan onun soyadıdır. Hər kəs gənc qızın milyarder Abromoviçin qohumu olduğunu düşünür. Lakin Olya bu barədə heç bir açıqlama vermir.