Bu cütlük bir ildir ki, bal ayındadır - fotolar

Bu cütlük bir ildir ki, bal ayındadır - fotolar
4071 dəfə oxunub
  • A-
  • A
  • A+

2007-ci ildə tanış olan polşalı cütlük Karolina və Bartek keçən ilin sentyabrında ailə qurublar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin tarixdən az sonra cütlük arzu etdikləri "heç bitməyən bal ayı"na başlayıblar. Onlar hələ evlənmədən öncə bal aylarının fərqli olacağını bildiklərini deyiblər.

Səyahətlərinə Panamadan başlayan Karolina və Bartek daha sonra Kolumbiya, Peru, Boliviya, Çili, Ekvador, Argentinanı gəziblər, bir müddət sonra isə Yeni Zellandiyaya yola düşəcəklər. Gənc cütlük artıq bir ilə yaxındır ki, bal ayındadırlar.