Otilia Bakıdadır - fotolar

Otilia Bakıdadır -  fotolar
3258 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Murad Dalkılıç  və yunan əsilli ifaçı Otilia sabah Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, Otilia bir neçə dəqiqə əvvəl Bakıya gəlib. Gecənin təşkilatçısı Nahid Emiloğlu ifaçının konsertdən bir gün əvvəl gəlməsinin səbəbini açıqlayıb:

“Otilia konsertdə bəstəkar Kamalın “Gəlsən də, gəlməsən də” mahnısını oxuyacaq. Studiyada hazırlıq işləri görməlidir. Ona görə də Bakıya bir gün tez gəlib”.

Təşkilatçı bildirib ki, Murad Dalkılıç isə paytaxtımıza sabah gunorta saatlarında gələcək.

Qeyd edək ki, “Sapfir” sarayda baş tutacaq konsertin aparıcılığını Afaq Gəncəli edəcək. Konsertə biletlərin qiyməti 200 manatdan 250 manata kimidir. Qiymətə yemək də daxildir.

Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə saxlamaq mümkündür.