63 ildir evli olan cütlükdən romantik fotolar

63 ildir evli olan cütlükdən romantik fotolar
2636 dəfə oxunub
  • A-
  • A
  • A+

Vanda və Co 63 ildir ki, evlidirlər.

Onlar 1950-ci ilin sonunda tanış olublar. İki il sonra isə cütlük ailə qurub. Bu il nəvələri, fotoqraf Şeylin Nelson toy günlərinə hədiyyə kimi onların fotosessiyasını təşkil edib. Şeylin "Mənim üçün əsl sevgi nümunəsi babam və nənəmdir" deyib.

Ş.Nelson yaşlı cütlükdən xahiş edib ki, çəkilişə gələndə bir-birlərinə olan ürək sözlərini yazıb gətirsinlər.

Conun məktubunda yazılıb:

"Əzizim Vanda, çoxdandır sənə məktub yazmırdım. Yəqin ki, sonuncu dəfə Kanadada işləyəndə sənə yazmışam. İndi isə mən səni əvvəlkindən daha möhkəm sevirəm".

Vandanın Coya məktubu isə bir qədər zarafatla yazılıb:

"Mən toy günümdə olduğu qədər hələ də səni sevirəm. Yadına sal, həmin vaxt nikahın qeydiyyata alınması üçün sadəcə 2 dollar lazım idi. Bu, mənim həyatımda ən dəyərli xərc idi".

Axşam.az xarici KİV-ə istinadən həmin fotosessiyanı təqdim edir.