"Anam məni döyə-döyə..." - Könül Kərimova

"Anam məni döyə-döyə..." -  Könül Kərimova
3169 dəfə oxunub
  • A-
  • A
  • A+
"Çox utancaq idim, əziyyət çəkirdim. Səhnəyə çıxanda mahnı sözlərini unudurdum. Həyat yoldaşım mənə müğənnilikdə çox dəstək olub”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Könül Kərimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Sənətçi ərə getmək arzusundan bəhs edib:

“O vaxt səhnədə mən oxuyanda yoldaşım səsimi yazırdı, sonra qohumumuzun klubunda səsləndirir, bütün kəndə qulaq asdırırdı. Həmin vaxt ailə qurmağa çox həvəsli idim. Dəhşətli şəkildə gözləyirdim ki, toyum olsun. Ərə getmək üçün ürəyim gedirdi. Həyat yoldaşım xalam oğludur. Ərə getdikdən sonra bir il evdə oturdum. Heç oxumaq, efirə çıxmaq istəmirdim. Anam məni döyə-döyə səhnəyə gətirdi. İndi qızıma, oğluma əsəbiləşirəm ki, biz ərə getmək üçün ölürdük, siz istəmirsiniz. Ailə qurduqdan sonra yoldaşım Qarabağ müharibəsinə yollandı, mən də məcbur toylara getdim".