Acunun sevgilisinin hamamdan paylaşdığı foto

Acunun sevgilisinin hamamdan paylaşdığı foto
39908 dəfə oxunub
  • A-
  • A
  • A+
TV8 kanalının rəhbəri, məşhur türk aparıcı Acun Ilıcalının sevgilisi Şeyma Subaşı, qızı Melisa ilə hamamdan çəkdiyi selfini sosial mediada paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yay tətilini Çeşmə və Yunanıstanda keçirən 26 yaşlı model, yenicə İstanbula qayıdıb.

Ş.Subaşı, bu gün 2 yaşlı qızı Melisa ilə keçirdiyi xoş anlardan birinin fotosunu paylaşıb. Foto qısa zamanda minlərlə insan tərəfindən bəyənilib.

2009-cu ildən Acunla sevgili olan Şeyma, artıq münasibətini gizlətmir.

Qeyd edək ki, Acunun 1988-1993-cü illərdə Seda Başbuğla evliliyindən bir, 2003-2016-cı illərdə evli olduğu Zeynəb Yılmazdan isə iki qızı var.