İki uşaq anasından etiraz: "Fotolarımı artıq paylaşmayın"

İki uşaq anasından etiraz: "Fotolarımı artıq paylaşmayın"
3123 dəfə oxunub
  • A-
  • A
  • A+

26 yaşlı İnstaqram fenomeni, məşhur fitness mütəxəssisi Kelsi Uells (Kelsey Wells) son zamanlar idman sayəsində kökəlməyə başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müntəzəm olaraq idmanla məşğul olduğu üçün bədən quruluşu ideal forma alan gənc qadının fotoları internetdə sürətlə yayılmağa başlayıb.
 
İki uşaq anası Kelsi fotolarının çox paylaşılmasından narahat olaraq İnstaqramdakı 300 min təqibçisinə müraciət edib:

"Xahiş edirəm, çəkim haqda yazaraq fotolarımı artıq paylaşmayın. Əvvəlki və indiki fotolar arasında 2,5 kiloqram fərq var. Bu ana qədər həyatımda heç vaxt əzələ kütləm bu qədər artıq olmamışdı. Eyni zamanda heç vaxt indikindən daha sağlam olmamışam. Bədənimdən, dərimdən çox razıyam".

İdmanla kökələn Uells bədənində yağ deyil, əzələ olduğu üçün daha gözəl görüntüyə sahib olub.