"Ayağım burxuldu, iki həftə evdə yatdım"

"Ayağım burxuldu, iki həftə evdə yatdım"
1587 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ayağım burxulmuşdu. İki həftə evdə uzanıqlı qaldım”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova “Hər şey daxil” verilişində deyib.

Sənətçi bildirib ki, hündürdaban ayaqabı geyinə bilmir:

“Ayağım çox şişmişdi, sınma riski var idi. İndi də hündürdaban geyinmək olmaz”.

Yaradıcılığından danışan İ.Qasımova özünü tənbəl adlandırıb:

“Heç bir iş görmürəm, yayda istirahət edirəm. Sentyabrdan işlərə başlayacam, layihələrim var. Bir az tənbələm, məqsədim olmasa, əlimi heç bir işə uzatmıram”.