Müğənni az qalsın gəmini yandıracaqdı - fotolar

Müğənni az qalsın gəmini yandıracaqdı - fotolar
5377 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda tətil edən məşhur türk müğəni Bülent Serttaşın gəmidə manqal arzusu yarımçıq qalıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostlarının gəmisində qonaq olan 51 yaşlı müğənni bir neçə tərsliklə üzləşib.

Gəmidə manqal yandırıb kabab çəkmək istəyən müğənni, az qalsın yanğın çıxaracaqmış. Yaxşı ki, dostları manqalın üstünə yaş dəsmal ataraq yanğının qarşısını alıblar.

Tərsliklər bununla bitməyib. Gəmidən düşərkən Bülent Serttaşın “vyetnamkası” yırtılıb. Müğənni qayalıqlarda yeriyə bilmək üçün “vyetnamkanı” iplə bağlayıb.

Ardıcıl tərsliklərlə üzləşən müğənni daha sonra digər “vyetnamkasını” havaya atarkən paparassilərin hədəfinə düşüb.