Meryem Uzerliyə beynəlxalq mükafat - fotolar

Meryem Uzerliyə beynəlxalq mükafat - fotolar
9451 dəfə oxunub
  • A-
  • A
  • A+
Beyrut Beynəlxalq Mükafatlandırma Mərasimində (BIAF) “ən yaxşı qadın aktrisa” mükafatını Meryem Uzerli alıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı aktrisa mükafatı almaq üçün mərasimə sevgilisi Alp Özcanla birlikdə gedib.

Mükafatı alarkən səhnədə çıxış edən M.Uzerli böyük qürur hissi keçirdiyini deyib:

“Hisslərimi ifadə edə bilmək üçün sözlər axtarıram. Bir aktrisa olaraq fərqli obrazlar yaratmaq üçün çalışdım. Əgər bunun qarşılığı bu mükafatdırsa, o zaman dünyanın ən xoşbəxt insanıyam”.