“Konsertdən sonra Bakını gəzəcəyəm” - Otilia + fotolar

“Konsertdən sonra Bakını gəzəcəyəm” - Otilia + fotolar
6690 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakıda konsert verəcək məşhur rumıniyalı müğənni Otilia konsertdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, Otilia Bakıya ilk dəfə səfər etdiyini, konsertdən sonra Bakını gəzəcəyini deyib.

24 yaşlı müğənni konsertdə ifa edəcəyi mahnılardan danışıb və söyləyib ki, öncə “Billionera”, daha sonra “Balım” mahnısını oxuyacaq. Otilia türk dilində yeni bir mahnı ifadəcəyini, lakin adını sürpriz saxladığını sözlərinə əlavə edib.

Konsertdə Azərbaycan dilində oxuyacağı, bəstəkar Kamalın “Gəlsən də, gəlməsən də” mahnısının sözlərini cəmi 1 saata öyrəndiyini deyən rumıniyalı müğənni, bunun çətin olmadığını vurğulayıb. O, Azərbaycanlı müğənnilərdən isə heç kimi tanımadığını bildirib.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğludur. Otilia ilə yanaşı bu axşam türkiyəli ifaçı Murad Dalkılıç da səhnəyə çıxacaq.

“Sapfir” sarayda baş tutacaq konsertin aparıcılığını Afaq Gəncəli edəcək. Konsertə biletlərin qiyməti 200 manatdan 250 manata kimidir. Qiymətə yemək də daxildir.

Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə saxlamaq mümkündür.

Foto: Ramin ASLANOV