Aydan Şener gözəlliyinin sirrini açdı Aydan Şener gözəlliyinin sirrini açdı

 
13.09.13   16:24                                                                                                                                         a -   A + Müsahibə

“Çalı quşu” teleserialından tanıdığımız Aydan Şener “Tatar-inform” agentliyinə müsahibə verib. Axşam.az Lent.az-a istinadən müsahibəni təqdim edir.
 
- Babaların tatardı deyəsən...
 
- Onlar burdan XIX əsrin ikinci yarısında tatarların kütləvi xristianlaşdığı vaxtda köçüblər. Atam Kazan tatarı, anam isə Krım tatarıdı. Ona görə  hər dəfə Kazana gələndə elə bilirəm ki, öz evimdəyəm.
 
- Hal-hazırda hansı filmə çəkilirsiz?
 
-  İndi daha çox teatrda çalışıram. Dekabrda yeni tamaşamın premyerası olacaq. Bu mənim teatrda ikinci rolumdu. Bundan başqa Azərbaycanda və Türkiyədə yeni reklam proyektlərimiz olacaq. Orada televiziya layihələrində iştirak etməyi təklif ediblər. Amma bu, ürəyimcə deyil.
 
- Türkiyədə “Çalı quşu”nun təkrar çəkilişləri gedir. Bu barədə nə deyə bilərsiz?
 
- Bilirəm. Bu yaxınlarda filmin təqdimatı olacaq. Filmin böyük əksəriyyəti ilkin variantın təkrarıdı. Yaradıcı heyət bizim filmdəki musiqidən istifadə edib. Uğur qazanacaqları barədə əvvəlcədən söz demək çətindi. Ümid edirəm ki, onlarda bu alınacaq.

- Bəs sizə dəvət gəlmişdi?
 
- Bəli. Lakin konkret rol və ya rolun mətni bilinmirdi. Mən də dedim ki, o filmə görə, bir neçə saniyə də çəkilə bilərəm.
 
- Aydan xanımın gözəlliyi və istedadına bələd olan kişilər çoxdu. Bəs Aydan xanım özü yenidən ailə qurmağı düşünürmü?
 
- Yox (gülür). Mənim ağıllı qızım, dörd pişiyim və dörd itim var. Xoşbəxt, sakit həyatım var. Ərə getmək haqqında düşünmürəm. Azadlığı sevirəm.
 
- Futbola münasibətiniz?

- Keçmiş ərim, qızımın atası “Qalatasaray” klubunun futbolçusu olub, Türkiyə yığmasında oynayıb. Hələ də bu klubun fanatıyam.
 
- Gözəlliyinizin sirri?
 
 - Hər hansı bir xüsusi sirri yoxdu. Hər şeydən əvvəl, sağlam həyat tərzi keçirmək lazımdı: düzgün qidalanmaq, planlaşdırma. Yağlı ət yemirəm. Mənim yemək menyumda tərəvəz və balıq var. Yemək bişirməyi çox sevirəm, tərəvəzləri doğrayan zaman üzümə maskalar hazırlayıram. Və bir də yuxu çox önəmlidir.

 


 
 
 
 
Facebook   Twitter   MySpace   Google         3326 dəfə baxılıb

 
loading...
 

"İlhamə Quliyevanı öldürən Orxandır..." müsahibə
...
03.05.16
"Bunu alın yazısı kimi qəbul edirəm" - Aysel
...
02.05.16
"Oğlum üçün qorxuram" - Hollivuda hazırlaşan Könül
...
02.05.16
"Hər kəs kişi olmağı məndən öyrənəcək" - Yılmaz Morgül
...
25.04.16
"Bu əclaf erməni dığası..." - Rəqsanə
...
21.04.16
Ayşən Ocaqverdiyeva: Ayşən Ocaqverdiyeva: "Mən onsuz da qalibəm" - fotosessiya
...
18.04.16
 Rəmiş: Rəmiş: "Qızlarımı heç zaman bağışlamaram" - müsahibə
...
14.04.16
Obamanın medal verib təşəkkür etdiyi azərbaycanlı gəncin müsahibəsi Obamanın medal verib təşəkkür etdiyi azərbaycanlı gəncin müsahibəsi
...
27.02.16
Leyla: Leyla: "Həmişə birinci məsləhəti həyat yoldaşımdan alıram" - fotolar
...
24.02.16
"Sədaqət barədə pis rəy yazanlar..." - Lalə Dadaşova
Xalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşova Lent.az-a müsahibə verib. ...
20.02.16
"Aygün Kazımova özü məni qalmaqala çəkirdi" - Roza Zərgərli
Tanınmış müğənni Roza Zərgərli Teleqraf.com-a müsahibə verib....
19.02.16
"Breddə təkcə öz kişimi deyil, uşaqlarımı da görürəm" - Ancelina Coli
...
16.02.16
Uduzmağı sevməyən Ülviyyə Əliyeva -  müsahibə+fotolar Uduzmağı sevməyən Ülviyyə Əliyeva - müsahibə+fotolar
Aktrisa Ülviyyə Əliyevanın Axşam.az-a müsahibəsini təqdim edirik: ...
12.02.16
İlhamə Quliyeva dindirildi İlhamə Quliyeva dindirildi
"Müğənninin vəziyyəti qəfil pisləşib, ayaqları tutulub. İstintaqçılar ona evində çətin suallar verib". ...
11.02.16
"Bu sual məni çox əsəbiləşdirir " - xalq artisti
...
28.01.16
 
 
 
Xəbər lenti