Namiqin "Toy gecəsi" bu gün başlayır

Namiqin "Toy gecəsi" bu gün başlayır
3334 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlunun baş rolda çəkildiyi “Toy gecəsi” bədii televiziya serialının 1-ci bölümü bu axşam saat 19.00-da ATV kanalında nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, serialın ssenari müəllifi Samir Sədaqətoğlu, quruluşçu-rejissoru Yaşar Əhmədov, bəstəkarı Rəşad Hüseynovdur.

Ailə institutu haqqında dram olan “Toy gecəsi”ində tamah, paxıllıq, qısqanclıq, qadına şiddət, nakam və saf sevgi  serial boyu dinamik, gərgin və didaktik süjet hesabına tamaşaçılara təqdim olunur.

Serialda Namiq Qaraçuxurlu ilə yanaşı Xalq artistləri Məzahir Süleymanov, Pərvanə Qurbanova, Əməkdar artistlər Mehriban Xanlarova, Eldəniz Rəsulov, Firəngiz Babayeva, habelə aktyorlar Dəniz Tacəddin, Aviya Paşazadə, Əjdər Zeynalov, Ülviyyə Rza, Mehriban Zəliyeva, Elxan Rza, Səmimə Səlimova, Elcin İmanov, Eşqin Quliyev, Toğrul Rza, Aynur Abbasova, İlkin İbayev və başqaları çəkiliblər.

Yayımından əvvəl böyük marağa səbəb olmuş “Toy gecəsi” serialını bu gündən etibarən hər həftənin çərşəmbə günü saat 19.00-da ATV kanalında izləyə bilərsiniz.