Nanə Ağamalıyeva Şahruk Xanla filmə çəkiləcək

Nanə Ağamalıyeva Şahruk Xanla filmə çəkiləcək
5139 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur aktyor Şahruk Xan “Atv” telekanalının aparıcısı Nanə Ağamalıyevanın Hindistan rejissorları tərəfindən Şri-Lankada çəkilən reklam çarxını çox bəyənib.

Bu barədə Axşam.az-a açıqlamasında teleaparıcının özü məlumat verib.

Onun sözlərinə görə, aktyor bu reklamı gördükdən sonra prodakşının baş rejissoruna Nanəni Bollivuda dəvət etməyi tapşırıb:

"Şahruk Xan yeni filminin baş rol ifaçısı kimi məni görmək istəyir. Yaxın günlərdə bununla bağlı danışıqlar aparılacaq".