Hacı Nuranın xəstəxanadan fotosu yayıldı

Hacı Nuranın xəstəxanadan fotosu yayıldı
5768 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər TV-nin tanınmış aparıcılarından olan Hacı Nuran Hüseynov hazırda Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinika”da müalicəsinə davam edir.

Klinikanın onkologiya şöbəsində müalicə alan teleaparıcı bu gün xəstəxanada çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
 
Axşam.az Axar.az-a istinadən xəbər verir ki, Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin sevilən aparıcısı ona dəstək verdiklərinə görə hər kəsə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist müalicə üçün bir müddət öncə Almaniyaya yola düşmüşdü. Şəkildən də göründüyü kimi Hacı Nuranın müalicəsinin gedişi ilə bağlı nikbinlik yaranıb.
 
Aparıcıya Allahdan şəfa diləyirik.