Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.

Teatrdan Axşam.az-a bildirilib ki, fevralın 16-sı, saat 18.00-da “6+1 nömrəli palata” fevralın 17-də saat 14.00-da isə uşaqlar üçün nəzərdə tutulan maarifləndirici tamaşa - “Fəlakət və insan” göstəriləcək.

Bundan başqa, pantomimasevərlər fevralın 17-si, saat 18.00-da “Kişilər və qadınlar”a baxa biləcək.

Qeyd edək ki, sənət ocağının yaradıcı kollektivi bir neçə yeni tamaşa ilə gələn ay tamaşaçılarını sevindirəcək.



                 

Digər Xəbərlər