Gülşən konsertdən 14 milyon qazanacaq

Gülşən konsertdən 14 milyon qazanacaq
683 dəfə oxunub
  • A-
  • A
  • A+

Gülşənin 110 konsert verəcəyi öyrənilib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, müğənni sentyabra qədər özünü konsertlərə həsr edəcək.

Bir müddət əvvəl “Bir ihtimal biliyorum” mahnısını təqdim edən Gülşənin 7 ay məşğul olacağı bildirilib. Onun 110 konsertdən əldə edəcəyi gəlir də açıqlanıb.

İfaçı hər konsert üçün 130 min lirə (təxminən 41 min manat) qonorar alacağı bəlli olub. Ümumilikdə isə Gülşən konsertdən 14 milyon 300 min lirə (təxminən 451 min manat) gəlir götürəcək.