Vegeterian valideynlər bu əməllərinə görə saxlanıldı

Vegeterian valideynlər bu əməllərinə görə saxlanıldı
2566 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yaşayan Culiya Frenç və Robert Buskey adlı valideyn həbs olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı Culiya və 31 yaşlı Robertin övladlarını acından öldürdüyü iddia olunur. Belə ki, Rastafari dini hərəkatına qoşulan cütlük süd və süd məhsulları, ət və ət məhsullarının qadağan olduğunu söyləyərək bu qidalardan nə özləri yeyir, nə də 5 aylıq körpələrinə verirlər.

Yalnız kartof püresi ilə qidalanan 5 aylıq uşağın 3,90 kiloqram olması, ağlamaması, zəifləməsi, qabırğaların görünməsi qonşuların valideynlər barədə polisə şikayət etməsi ilə nəticələnib. Vegetarian valideynlər bu səbəbdən saxlanılaraq ifadə verməli olublar.