Nazir mədəniyyət sahəsində çalışan xanımları təbrik edib

Nazir mədəniyyət sahəsində çalışan xanımları təbrik edib
10894 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində deyib.

Bildirilib ki, mənəvi dünyamızda qadın daim müqəddəs bir yerə sahib olub. Bu, qadınların həyatın eniş-yoxuşunda ömür-gün yoldaşına arxa-dayaq olması, ailə dəyərlərinin qorunmasında mühüm bir missiyanı ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır.

Təbrikdə daha sonra deyilib:
 
“Bu gün dövlət tərəfindən qadınların ölkə həyatının müxtəlif sahələrində rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Məmnunluqla qeyd edə bilərəm ki, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində yaxından iştirak edirlər. Hər il neçə-neçə xanım əməkdaş fəaliyyətində qazandığı uğurlara görə nazirlik tərəfindən təltif olunur”.