Özünə yaraşdırmadığı mahnını Dilarəyə oxutduran Nigar - "Maqazin klubu"

Özünə yaraşdırmadığı mahnını Dilarəyə oxutduran Nigar - "Maqazin klubu"
23139 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maqazin Klubu” olaraq bu dəfə qarşınıza fərqli bir formatda çıxdıq. Bu dəfə də biz - Zərha Əhmədova, Pərviz Hüseyn və Sərvər Mehtiyev müğənni Nigar Camalı qonaq etdik. Nigarla birlikdə “maqazin qazanı”nı qarışdırmağa çalışdıq. İfaçı isə bacardığı qədər qalmaqal yaratmamağa diqqət etsə də, alınmayıb.

Sərvər: Son günlər haqqında ən çox xəbər çıxan xanım...

Zəhra: Amma nə xəbər...

Nigar: Hər zamankı kimi qalmaqallı. Çalışıram heç bir cavab verməyim.

Zəhra: Özünü qalmaqallı müğənni hesab edirsən?

Nigar: Xeyr. Qalmaqalı sevmirəm. Zarafatı xoşlayıram. Müğənnilərin reaksiyası aqressiv olur.

Sərvər: Müğənnilər arasında mehribançılıq, dostluq yoxdur.

Nigar: Nəsə olanda zəng vurub soruşa bilərlər. Şərhləri oxuyuram. Bəzən elə tənqid yazırlar ki... Gülməli şərhlər yazırlar.

Zəhra: Şou-biznesdə tez-tez işlənən kəlmə var: "qıjı müğənni". Nigar kimləri "qıjı müğənni" hesab edir?

Nigar: Bu, yaxşı söz deyil. Kamera qarşısında işlədilməməlidir. Əsəbiləşəndə dostlarımıza da işlədirik. Kimlərisə elə adlandırmaq düzgün olmaz.

Sərvər: Faiq Ağayev bundan çıxış yolu kimi, özünü "A kateqoriya"lı müğənni adlandıraraq gördü. Nigar "A kateqoriya"dadır?

Nigar: Özümü nə A, nə də B-də düşünmürəm. "Mən-mən" deməyi sevmirəm. Kompleksim yoxdur belə şeylərdən.

Zəhra: Sonuncu dəfə hansı yerli müğənniyə qulaq asmısınız?

Nigar: Natavan Həbibi "Qısqana-qısqana".
 
Zəhra: Qısqanc qadınsınız?

Nigar: Çox, amma göstərmirəm.

Pərviz: Son günlər dəb olan "Mashup"lara qulaq asırsız?

Nigar: Çox bəyənirəm, mən də etməyi düşünürəm. Eldarla birlikdə ingilis mahnılarını hazırlamaq istəyirik. Ən yaxşı tanınmış mahnıları seçəcəyik.

Sərvər: Tanınmış mahnılar olacaq? Murad Arif dedi ki, mənim mahnıları oxumayın.

Nigar: Çox heyif... İstəmirəm xətirlərinə dəyim, aqresiv qarşılamasınlar. Ən yaxşısı xarici mahnıdır.

Zəhra: İnsanlar elə düşünür ki, Nigar ərindən boşanandan sonra Londona köçdü.

Nigar: İnternetdə var, girib oxusunlar.

Zəhra: Kimin "Eurovision"a getməyini istərdiniz?

Nigar: Çingiz Mustafayevin. Düşünürəm ki, səhnə üçün əladır. Gitara yaraşır, fərqli olacaq. Onun tipajı xoşuma gəlir, Avropaya maraqlı olacaq. "Eurovision" səhnəsi fərqliliyi sevir. Onun "siqan" stilini xoşlayıram. Bu dəfə oğlan getsə, maraqlı olacaq.

Pərviz: Bizdə əsas xanımlardır. Və "xalis Azərbaycan gəlin tipajı" sevilir. Demisiniz ki, "Eurovision"da qalib gəlmək "əməkdar artist" adı almaqdan üstündür. Buna görə tənqid edildiniz.

Nigar: Bunu "Eurovision"a gedənlər başa düşərlər. Onlar deyiblər, ona görə də getmədilər. "Eurovision"a gedən hamı bir-biri ilə mehribandır.

Sərvər: Türkiyə şou-biznesində yaxşı başlamışdınız, nə oldu?

Nigar: Maraqsız və mənasızdır. "X Faktor"da münsif idim, xəbərlərdə çıxırdım, paparassi tuturdu. Klip çəkdirdim, müqavilə bağladım, amma... Onların o qədər müğənniləri var ki... Onlar xoşlayırlar ki, türk dilində oxuyanda, ləhcə olmasın. Pul qoymaq mənasızdır.

Pərviz: Əvvəl müğənnilər klipdə siqaret çəkir, daha açıq geyinirdi.

Nigar: Əvvəlki kliplər daha müasir idi. İndi kimsə klipdə siqaret çəksə, bitdi...

Sərvər: Nə əcəb "Kəklikotu"nun mahnısını Nigar yox, Dilarə Kazımova oxudu?

Nigar: Mahnı mənə yaraşardı ki? (gülürük) Dilarə, sənə söz atmıram...

Zəhra: Bəs, hansı mahnılar sizə yaraşandır?

Nigar: Söz atmırdım, düzgün demədim. İstəyirdik, Miri Yusiflə oxuyaq. Amma istədiyimiz mahnını yazmadılar.

Zəhra: Həyatınızda sevgi var?

Nigar: Əminəm olacaq. Bütün həyatıboyu tək qalmaq düzgün deyil. Olacaq. İndi təkəm, işim gücüm yoxdur tək qalım.

Pərviz: Səyahətlərə gedəndə neçə metr parça aparırsan?

Sərvər: Olmaya parça biznesinə qoşulmusan?

Nigar: Parçalamaq biznesinə keçmişəm.

Zəhra: Deyirlər, Nİgar "Altın kelebek"ə getdi, ancaq çəkməsi yadda qaldı.

Nigar: Əladır da.

Sərvər: Tolik dedi ki, Röya Ayxanla barışmısınız.

Nigar: Küsməmişdim ki, barışam da.

Pərviz: Sizin duetinizi gözləyirdik...

Bu dəfəlik “Maqazin klubu”nu yekunlaşdırdıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edək ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Video: Kərim Abbasov

Söhbət etdi: P.Hüseyn (Axşam.az), Z.Əhmədova (Axşam.az), S.Mehtiyev (primetime.az)

İnstaqram: @maqazin_klubu