Sakit Məmmədovun 150 əsərini izləməyə toplaşdılar - Fotolar

Sakit Məmmədovun 150 əsərini izləməyə toplaşdılar -  Fotolar
12692 dəfə oxunub
  • A-
  • A
  • A+

"Crystal Hall"da məşhur rəssam Sakit Məmmədovun sərgisi açılıb. 

Axşam.az-ın məlumatına görə, rəssamın 60 illik yubileyinə həsr olunan gecədə dövlət nümayəndələri, incəsənət adamları iştirak ediblər.

ABŞ, Almaniya, Fransa, Türkiyə, İtaliya və dünyanın bir çox yerində əsərləri sərgilənən S.Məmmədov gecədə 150-yə qədər rəsmini təqdim edib.

Tədbirdə çıxış edən rəssam "Hər zaman çoxlu tələbələrim olub. Onların əsərlərini öz rəsmlərimə qatıram. Düşünürəm ki, bu, onlara stimul verir. Hər zaman tələbələrimlə dost olmağa çalışıram. Mənə heç kim kömək etməyib, sadə ailədə anadan olmuşam və öz ayaqlarım üstündə durmağa çalışmışam" deyə, bildirib.

Sərgi martın 25-nə kimi davam edəcək.

Foto: Ramin ASLANOV