Yuliya Naçalovanın ölüm səbəbi bəlli oldu - Videolar

Yuliya Naçalovanın ölüm səbəbi bəlli oldu - Videolar
12092 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Yuliya Naçalovanın ölüm səbəbi bəlli olub.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, bu barədə ifaçının atası Viktor Naçalov məlumat verib:

“Həkimlər nə qədər cəhd etsə də, qızımın ürəyi tab gətirmədi. Bədənində irin yığıntısı baş verdiyinə görə, dünyasını dəyişib”.

Qeyd edək ki, 38 yaşında dünyasını dəyişən Yuliya “Utrennyaya Zvezda” adlı musiqi yarışmasının qalibi olub.

O, bir çox hit mahnıların ifaçısı idi. Eyni zamanda aktrisa kimi də özünü sınayıb.