"Atam bıçağı verib dedi ki, özünü qoru" - Səidə Sultan

"Atam bıçağı verib dedi ki, özünü qoru" -  Səidə Sultan
1317 dəfə oxunub
  • A-
  • A
  • A+
“Əvvəllər “W- Trio” qrupu zamanı toylarda oxuyurduq, evə gec gəlirdim. Atam zəng vurub maraqlanırdı, narahat olurdu. Daha sonra atam mənə balaca bıçaq verib dedi ki, özünü qoru. Söylədi ki, bıçağı götür, qorxma. Mən də ürəkli idim. Gecə vaxtı idi, ola bilər ki, qarşımı kəsib kimsə pulumu almaq istəyə bilərdi. Hamı bilirdi ki, toylardan gəlirəm. Ona görə, pilləkənləri ürəklə çıxıb evə gəlirdim. Bilirdim ki, arxamda kimsə var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan "Şou ATV" verilişinə açıqlamasında deyib. İfaçı dünyasını dəyişən atasından bəhs edib:

“Atam komaya düşdü, hər şey anidən oldu, təşvişə düşdük. Təcili tibbi yardım maşınına zəng vurduq. Evdə ağır şeylər oldu, televizor söndü, soyuducudan səslər çıxdı, telefona zənglər gəldi. Aura fərqli idi. 

Daha sonra təcili tibbi yardım maşını yolda xarab oldu, atam da içərisində idi. Hər şey yolunda getmirdi. Hiss etdim ki, atam öləcək. Amma 3 gün sonra komadan oyandı, bizlə halallaşdı, daha sonra gözlərini yumdu”.