Sevda bir çantaya 5 min dollar ödəyib
"ATV maqazin onlarla"nın "Onlarla 3 dəqiqə" rubrikasının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.
Axşam.az-ın məlumatına görə, sənətçi geyimlərə ödədiyi məbləğdən danışıb.
Sevda qarderobunda ən bahalı əşyanın çantası olduğunu deyib. O bildirib ki, bir çantaya 5 min dollar ödəyib.
Ən böyük xəyalındakı xoşbəxt ailə rəsmini açıqlayan Sevda "Evli, uşaqlı və xoşbəxt" sözlərini deyib.