Prezident daha bir aktyora ev bağışladı

Prezident daha bir aktyora ev bağışladı
13652 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib.

Axşam.az xəbər verir ki, bu barədə Unikal.org-a aktyorun özü məlumat verib:

“Cənab prezidentə təşəkkür edirəm. Bu, sənətimə verilən böyük qiymətdir”.

Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir.