Tatlıtuğ tənqidlərə sərt cavab verdi

Tatlıtuğ tənqidlərə sərt cavab verdi
12871 dəfə oxunub
  • A-
  • A
  • A+

Kıvanç Tatlıtuğ "Ezel" və "Kuzey Güney"dən sonra yayımlanan "Çarpışma"da sərt birini canlandırmasına görə tənqid edilib. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Tatlıtuğ "Bu rollar üstümə yapışmayıb. Nə gəlirsəonu oynayıram" deyərək, sərt reaksiya verib. O bildirib ki, belə obrazları özü seçmir:

"Bu formada təsadüf edir. Özəl edilən bir şey deyil. Bir də gördünüz qarşıdakı layihələrdə fərqli obrazda qarşınıza çıxdım".

Kıvançın bu yay yeni bir filmdə rol alacağı öyrənilib.