Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1305 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, əsasən, yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə  qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-6° isti təşkil edəcək.