Əsrarəngiz “Göy qurşağı dağları” - Fotolar

Əsrarəngiz “Göy qurşağı dağları” - Fotolar
11915 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin Şimal qərbində yerləşən Qansu bölgəsində “Hangye Danxia Landform Geological Park” adlanan geoloji park səyahəti və qeyri-adi yerləri görmək istəyən insanların marağını cəlb edir.

Axşam.az xəbər verir ki, bu bölgənin ən önəmli özəlliyi ərazidəki dağların göy qurşağı kimi rəngarəng olmasındadır.

Burada dağlar qırmızı, narıncı, yaşıl, sarı rəng çalarlarında olub, möhtəşəm mənzərə yaradır. 24 milyon il əvvəl tektonik hərəkətlənmə nəticəsində müxtəlif minerallar səthə çıxıb və min illər ərzində küləklərin, yağışların təsiri ilə qayalar bu hala düşüb.

2010-cu ildə UNESCO Dünya Maddi Mədəni İrsi elan edilən “Göy qurşağı dağları” turistlərin diqqətini cəlb edir.