Məşhur modeli qapalı yerdə saxlayıb, 3 gün təcavüz ediblər

Məşhur modeli qapalı yerdə saxlayıb, 3 gün təcavüz ediblər
3525 dəfə oxunub
  • A-
  • A
  • A+

38 yaşlı isveçrəli model Frida Farrell Londonda günlərcə bir evdə həbs edildiyini danışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, model seks köləsi edildiyini söyləyib.

Frida 22 yaşında olanda küçədə gəzərkən bir insanın ona yaxınlaşdığını, onu bir çəkiliş üçün model kimi düşündüklərini deyib. Farrellin həyatı həmin andan tamamilə dəyişib. Seçim turuna gedən modelin başına olmazın hadisəsi gəlib.

Çəkiliş üçün qəbul edildiyi deyilən və 7 min funt-sterlinq alan Fridanı sabahı gün eyni məkana dəvət ediblər. Səhər hadisə yerinə gedən modelə içərisinə dərman tökülən su verilib. Ayılanda isə özünü başqa bir evdə görüb. Fridanın boğazına bıçaq dirəyib, öldürməklə hədələyiblər. Üç gün ərzində 8-dən çox kişi ilə cinsi əlaqədə olmasını məcbur ediblər.

Təcavüz edən şəxslərdən birinin gedən zaman qapını açıq qoyması modelin xilasına kömək edib. Frida polisə qaçaraq, kömək istəyib. Amma polislər ona inanmayıb. qadın yaşadıqlarını illər sonra yazdığı "Selling Isobel" adlı romanında və film olan "Apartment 407"də göstərib.

Frida "Polisin o adamları tutub-tutmadığı haqda heç bir fikrim yoxdur. Yaşadıqlarım dəhşət idi" sözlərini deyib. Londonda başına gələn dəhşətli hadisədən 18 il sonra Los-Ancelesə köçən Frida isə artıq yeni bir həyat qurub.

Aktrisa kimi də fəaliyyət göstərən model ailəlidir və bir övladı var.