Nadir Hindistan səfəri haqda: "Adamın gözündən alov çıxır"

Nadir Hindistan səfəri haqda:  "Adamın gözündən alov çıxır"
1260 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə Hindistan səfərindən danışıb. Sənətçi bildirib ki, istirahəti başına bəla olub.

Axşam.az-ın məlumatına görə, sənətçi "Səhər-səhər" proqramında bildirib ki, Hindistandan qayıdandan sonra səhhətində problemlər yaranıb:

"Hindistanda ac qaldım. Yaxşı idi, ekzotik yer idi gəzdim. Amma gözümdə problem yarandı. Yerin altından adam çıxır. İnəyə toxunmaq olmaz. Ayaqlarında nə boyda toz var. Amma saf adamlardı, Allahdan çox qorxurlar. Heç kim mənə hücum etmədi, oğurluq görmədim. Su problemi çoxdur. Nəqliyyat motosikletdən ibarət idi. Onlarda bahalı maşınlar yoxdur. Toyuq çox yeyirlər, o qədər acı vururlar ki, adamın gözündən alov çıxır".