Müğənni Lətifə Soyuöz toy məclislərindən birində geyindiyi libasla diqqət çəkib.
Axşam.az-a açıqlamasında sənətçi əyin-başının qiymətini açıqlayıb.
"Geyimləri çox sevirəm, amma ona çox pul xərcləməyə üstünlük vermirəm. Zinət əşyasını çox sevirəm. Mütləq brilyant və ya daha dəyərli olmalıdır" deyə, Lətifə söyləyib.
Libas - "Yes" moda evindəndir və qiyməti 2400 manatdır
Ayaqqabı - "Dolce & Gabbana" 1800 manat
Mirvari dəst - 16 min avro (təxminən 32 min manat)
Üzüklər - Bunlar hamısı brilyantdır, bir vaxtlar atam hədiyyə almışdı. Qiymətləri 7, 9, 12 min manatadır.
Saç və makiyaj - İfaçı bunun üçün pul ödəmədiyini deyib.
Çanta - 800 manat
Lətifənin üzərindəkilərin dəyəri ümumilikdə 65 min manatdır.