Azərbaycan filmləri İranda beynəlxalq festivalda - Foto

Azərbaycan filmləri İranda beynəlxalq festivalda - Foto
3187 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 29-dan mayın 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu “Vareş” Beynəlxalq Film Festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən Axşam.az-a bildirilib ki, “Qanadlı möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmlərimiz festivalının müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmləri “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş etdirilib.

Festivalda, həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilib, milli kinomuzun tarixi və bu günü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilib.

Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra Mirza və prodüser Elşən Əli Nur təmsil ediblər.