Dəri rənginə görə paltar seçimi necə olmalıdır?

Dəri rənginə görə paltar seçimi necə olmalıdır?
3009 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər birimizin rəng zövqlərimiz fərqlidir. Geyim seçərkən də zövqümüzə uyğun rəngləri seçirik. Bəs sevdiyimiz rəng dəri və saç rəngimizə uyğun gəlirmi?

Axşam.az xarici mətbuata istinadən rəng seçimində sizə kömək edəcək.

Açıq dəri və tünd saç rənginə malik xanımlar çəhrayı, bənövşəyi, boz, krem və yaşıl rəngləri seçə bilərlər.

Açıq rəngə sahib və sarışın xanımlar isə daha çox tünd rənglərə üstünlük verməlidirlər.

Açıq rəngə və qızılı saçlara malik olanlar üçün saman sarısı, mərcan, şaftalı rəngləri idealdır.

Açıq rəng və qara saçlı qadınlar mavi, tünd göy, qırmızı rəngli paltarları rahatlıqla geyinə bilərlər.

Qarabəniz və açıq saç rənginə sahib xanımlar qırmızı, narıncı, tünd yaşıl, ağ, qəhvəyi tünd qırmızı rəngləri seçməkdə sərbəstdirlər.

Qarabəniz və tünd saç rəngi olanlar isə bənövşəyi, qara, çəhrayı və mavinin bütün tonlarına üstünlük verə bilərlər.