"Onun yolunda çox fədakarlıqlar etdin" - Röyadan ana olan Natavana

"Onun yolunda çox fədakarlıqlar etdin" -  Röyadan ana olan Natavana
7160 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sağ-salamat böyüsün. Gözü aydın olsun. Sən bunu çox gözlədin. Əminəm ki, onun yolunda nə qədər fədakarlıq etdin. Gün gələcək o, bunların cavabını verəcək”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan “Zaurla Günaydın” verilişində deyib. O, küsülü olduğu həmkarı Natavan Həbibini ana olması münasibətilə təbrik edib.

Röya bir neçə gün əvvəl “Ətirini çıxarıb hamıya göstərdi. Bizim masa ona güldü” sözləri ilə tənqid etdiyi Günay İbrahimlidən də söz açıb:

“Mən beləyəm, birdən əsəbiləşirəm və keçdi. Hərdən elə bilirlər aqresivəm, amma yox. Yaxşı oxuyanlar var, çox istəyirəm. Yazdılar, Günay İbrahimli ilə qalmaqal. Ola bilər başqa cür səsləndi. Amma belə bir fikrim yox idi. Hamısının yanındayam, Allah qəşəng sənət verib. Heç kimi əzmək lazım deyil”.