Müğənni Elvin Abdullayev fırıldaqçılığın qurbanı olub.
Axşam.az xəbər verir ki, o, bu barədə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” proqramında deyib.
“İş görmüşdüm, pulumu yedilər. Tamam başqa bir biznes idi. Tanımadığım bir adam etdi. Xeyli pul itirdim” deyə, Elvin söyləyib.